This is a specific ad

Marneuli-Bolnisi yolunda 2 yeniyetməni vuran 21 yaşlı oğlan tutulub

95

Another advertisement

Marneuli-Bolnisi yolunda 2 yeniyetməni vuran 21 yaşlı oğlan tutulub.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində sürücünü isti izlərlə yaxalayıblar.

İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs avtomobilində 4 sərnişinlə magistral yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib, nəticədə biri yerində, digəri isə tibb müəssisəsində olmaqla 2 piyada ölüb.

İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır”, – məlumatda deyilir.

Sonrakı yazı
Rusiya, Qazaxıstan və Azərbaycan mütəxəssisləri qəzaya uğrayan “AZAL”a məxsus təyyarənin qara qutularının dekodlanması üçün Braziliyaya gəlirlər
Öncəki yazı
Paşinyan qərar qəbul edib