Marneuli bələdiyyəsinin”Modusi” kollecində “Açıq qapı günü” baş tutub.
Görüşdə peşəkar təhsilin əhəmiyyətindən və uğurlu məzunların təcrübəsinin bölüşdürülməsindən danışılıb.
Açıq qapı günündə Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Sakrebulo sədri Amiran Qiorqadze və Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı, Sakrebulo sədrinin birinci müavini Tariel Məmmədov, Sakrebulonun üzvləri: Vasil Xaxulaşvili və Adil Qurbanov, merin birinci müavini Roin Dekanoidze, Təhsil, Elm və Gənclər Nazirliyinin Peşə təhsilinin inkişafı şöbəsinin müdir müavini Natia Qvirjişvili,Peşəkar Bacarıqlar Agentliyinin strateji kommunikasiya meneceri Davit Qvetadze, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Xanəli Qəhrəmanov və təhsil sahəsinin nümayəndələri iştirak ediblər.