Another advertisement
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Candar qəsəbəsində və Beytərəfçi kəndində parkın salınması üçün 177 069 lari dəyərində tender elan edib.
Layihə sənədlərinə əsasən parkın salınması üçün cığırlar yaradılması, uşaq attraksionlarının quraşdırılması, zibil qablarının yerləşdirilməsi, stulların quraşdırılması nəzərdə tutulub.
Tenderdə iştirak etmək istəyən şirkətlər 20 dekabrdan 25 dekabradək öz təkliflərini göndərə bilərlər. Tenderə görə, qalib şirkət müqavilə bağlandıqdan 90 iş günü ərzində meriyaya işləri təhvil verməlidir.