This is a specific ad

Marneuli Bələdiyyəsinin Özünüidarəetməsi Çinə rəsmi səfər edib-FOTO

144

Another advertisement
Marneuli Bələdiyyəsinin yerli özünüidarəetməsinin nümayəndələri Çin Xalq Respublikasında rəsmi səfərdə olublar. Səfər “Silk Road Culture Hub” çərçivəsində baş tutub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin Meriyası məlumat yayıb.
Məlumata görə, ölkələr arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandıqdan sonra, Çində, munisipal səviyyədə rəsmi görüşlər ilk dəfədir ki keçirilib.
Nümayəndə heyəti Sian və Huanqanq şəhərlərində, yerli özünüidarəetmənin müxtəlif qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirib. Onlar, həmçinin – Şensi və Hubey əyalətlərinin nümayəndələri ilə görüşüb, Huanqanq şəhərinin vitse-meri Pan Quolinin dəvəti ilə rəsmi şam yeməyində iştirak ediblər.
Görüşdə, tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Sektorlar üzrə əlaqələrin genişləndirilməsi, sosial-iqtisadi, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı şəkildə hazır olduqlarını ifadə ediblər.
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
5G İnternetin tətbiqi üçün elan olunan hərracda ,,Silknet” və ,,Magti” iştirak etməkdən imtina etdi
Öncəki yazı
Abituriyentlərin xarici dil imtahanlarının ilkin nəticələri dərc edilib