Maneuli bələdiyyəsinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze, bələdiyyədə yaşayan qadınlarla görüşüblər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin meriyası məlumat yayıb.
Məlumat xarakterli görüşün məqsədi – munisipal xidmətlərin əlçatanlığı olub, həmçinin yerli özünüidarəetmənin fəaliyyəti prosesinə qadınların cəlb edilməsi məsələsinə də diqqət yetirilib.
Görüş, Marneuli bələdiyyəsinin “Qadınlar Otağı”-nın təşkilatçılığı ilə keçirilib. Görüşdə həmçinin, Marneuli Sakrebulosunun majoritar deputatı Vasil Xaxulaşvili də iştirak edib.




