Another advertisement
Marneuli şəhərinin Candar qəsəbəsində, Çinarın yaxınlığında əhali üçün istirahət meydanı təşkil olunacaq.
Marneuli şəhərinin deputatı Vasil Xaxulaşvilinin sözlərinə görə, qeyd olunan parkda həm istirahət məkanı, həm də uşaq attraksionları olacaq.
“Bildiyiniz kimi, hər il martın 22-də “çinar” qeyd olunur. Mən deputat olaraq Çinarın yaxınlığında uşaqlarımızın oynaya biləcəyi istirahət parkı və uşaq attraksionları qurlaşdırmaq qərarına gəldim. Sözügedən parkdan yerli sakinlər ilə yanaşı, gələn qonaqlar da istifadə edə biləcəklər”.- deyə deputat bildirib
Qeyd edək ki, Candar qəsəbəsində parkın salınması üçün tender yaxın günlərdə elan olunacaq. Sözü gedən lahiyənin ümumi dəyəri 70 min laridir.