Another advertisement
2023-2024-cü tədris ilində Marneuli bələdiyyəsinin 74 ictimai məktəbindən ikisində, Opreti və Tserakvi kənd məktəblərində birinci sinif şagirdi olmayacaq. Marneuli bələdiyyəsinin təhsil resurs mərkəzindən verilən məlumata görə, Marneulidə qeydiyyatda olan 1758 nəfər birinci sinif şagirdi var.
Xatırladaq ki, birinci sinif şagirdlərinin qeydiyyatı hər il dörd mərhələdə aparılır.
Birinci sinif şagirdlərinin qeydiyyatı martın 15-də başlayıb və iyulun 12-də başa çatıb.