This is a specific ad

Marneuli bələdiyyəsinin 5 kəndində yeni məktəb tikiləcək

368

Another advertisement

Marneuli Bələdiyyəsində müxtəlif infrastruktur layihələri fəal şəkildə həyata keçirilir. Məktəb infrastrukturunun inkişafı 2023-2025-ci illər üçün nəzərdə tutulub.

QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin Meriyası məlumat yayıb.

Meriyanın məlumatına görə, müasir standartlarla təchiz olunmuş 5 yeni məktəb tikiləcək.

“Hazırkı mərhələdə 3 məktəbin tikintisi uğurla davam etdirilir, yaxın vaxtlarda 2 məktəbin layihələndirilməsinə başlanacaq.

Məktəblərin tikintisi aşağıdakı kəndlərdə planlaşdırılır:

İmir N1 dövlət məktəbi – ümumi büdcə: 3 348 588 lari;

Ağməmmədli dövlət məktəbi – ümumi büdcə: 12,381,739 lari;

Böyük Bəylər dövlət məktəbi – ümumi büdcə: 4,311,503 lari;

Ağkörpü dövlət məktəbi – ümumi büdcə: 4 387 487 lari;

Alget dövlət məktəbi – ümumi büdcə: 14,953,454 lari.

Layihələr tam dövlət büdcəsi hesabına maliyyələşdiriləcək”, – məlumatda deyilir.

Kateqoriya: Marneuli, Region, Təhsil
Sonrakı yazı
Oktyabr ayında bürcləri nə gözləyir?
Öncəki yazı
2025-ci ildə pensiya, əmək haqqı, sosial müavinət nə qədər artacaq? -SİYAHI