Another advertisement
Marneuli bələdiyyəsində yaşayan qadınlar üçün pulsuz müayinə aparılacaq.
Sözügedən müayinə bu tarixdə baş tutacaq:
4 noyabr, 10:00-18:00
➡️ Marneuli Bələdiyyəsinin Gender Bərabərliyi Şurasının təşəbbüsü və Qadın Otağının iştirakı ilə “Çəhrayı Oktyabr” çərçivəsində 20-70 yaş arası qadınlar üçün süd vəzi və uşaqlıq boynu xərçənginin pulsuz skrininqinin keçirilməsi nəzərdə tutulur.
QafqazTürk Media xəbər verir ki, ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün aşağıdakı nömrələrə zəng etmək mümkündür:
+995 551 24 34 54
+995 599 53 29 79
📍 Məkan: Geo Hospital xəstəxana şəbəkəsinin Marneuli Doğum və Ambulator Tibb Mərkəzi (Marneuli, Rustaveli küç. N112)
🤝 Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə orqanı proqrama dəstək verir.