This is a specific ad

Marneuli bələdiyyəsi vətəndaşların iştirak keyfiyyətinin özünüqiymətləndirmə prosesinə başlayır – ƏTRAFLI

65

Another advertisement

Marneuli bələdiyyəsi USAID-in Yerli Özünüidarəetmə Proqramı çərçivəsində və Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə vətəndaşların iştirak keyfiyyətinin özünüqiymətləndirmə prosesinə başlayır. Tədqiqat çərçivəsində iki fokus qrup keçiriləcək.

QafqazTürk xəbər verir ki, bu barədə Marneuli meriyasının rəsmi “Facebook” səhifəsində qeyd olunub.

“Tədqiqat çərçivəsində iki fokus qrup keçiriləcək. Əldə edilən nəticələr bizə iştirakçı demokratiyanın keyfiyyətini və fəaliyyəti təkmilləşdirməkdə kömək edəcək.

Bu məqsədlə avqustun 15-də vətəndaş cəmiyyətinin, icma və mediya təşkilatlarının nümayəndələrini, eləcə də vətəndaş aktivistlərini və fəal vətəndaşları fokus qrupda iştirak etməyə və bələdiyyədəki cari iştirakçı proseslər barədə fikirlərinizi bildirməyə dəvət edirik.

Fokus qrupu onlayn görüş formatında keçiriləcək.

İstəyirsinizsə, avqustun 13-ü də daxil olmaqla, bu linkdə qeydiyyatdan keçmənizi xahiş edirik: https://docs.google.com/…/1FAIpQLSfn0QSlW906Vr…/viewform

Hər bir fokus qrupunun tərkibi: 8-12 nəfər.

İştirakçılar sektorlar üzrə balans meyarına uyğun seçiləcək. Seçilmiş iştirakçılara fokus qrup haqqında ətraflı məlumatı qeydiyyatdan sonra çatdıracağıq.” – Məlumatda qeyd olunub.

Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტი იწყებს მოქალაქეთა მონაწილეობის ხარისხის თვითშეფასების პროცესს – ვრცლად
Öncəki yazı
Tbilisi-Dehli istiqamətində birbaşa uçuşlar başlayıb – TƏFƏRÜATLAR