This is a specific ad

Marneuli bələdiyyəsi və Cinayətkarlığın Qarşısının Alınması, Həbssiz Cəzaların İcrası və Probasiya üzrə Milli Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

16

Another advertisement

Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Cinayətkarlığın Qarşısının Alınması, Həbssiz Cəzaların İcrası və Probasiya üzrə Milli Agentliyin rəhbəri Lado Xeladze əməkdaşlıq memorandumu imzalayıblar.

Agentliyin benefisiarları Marneuli Munisipalitetində fəaliyyət göstərən təhsil, gənclər, mədəniyyət, idman və könüllülük proqramlarına və fəaliyyətlərə qoşulacaqlar.

Qeyd edək ki, cəmiyyətə faydalı işlərin səmərəli icrası üçün məşğulluq obyektlərinin sayı artırılıb. Bunun çərçivəsində infrastruktur obyektlərində ictimai işlərə cəlb edilmiş şəxslər işlə təmin olunacaqlar.

Marneuli Munisipalitetində şərti məhkum edilmiş şəxslərə və keçmiş məhbuslara maaşlı işləmək imkanı veriləcək.

Görüşdə Marneuli Munisipaliteti merinin birinci müavini Roin Dekanoidze və Cinayətkarlığın Qarşısının Alınması, Həbssiz Cəzaların İcrası və Probasiya üzrə Milli Agentlik rəhbərinin müavinləri iştirak ediblər.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Avropa İttifaqı İrana qarşı 8-ci sanksiya paketini tətbiq edib
Öncəki yazı
Marneulidə dəhşətli qətl hadisəsi baş verib