Marneuli Bələdiyyəsi Özünüidarəetməsi Gənclər İdeyası Müsabiqəsini elan edir!

57

Hər bir layihə üçün ayrılan maliyyə vəsaiti – 10 000 laridən artıq deyil.

Müsabiqədə aşağıdakılar iştirak edə bilərlər:

Marneulidə qeydiyyatda olan 18-30 yaş arası gənclər;

Yerli qeyri-hökumət təşkilatları;

Marneulidə yaşayan gənclər tərəfindən yaradılmış təşəbbüs qrupları.

 

Müsabiqənin tematik sahələri:

Vətəndaş şüurunun artırılması

İnteqrasiyanın təşviq edilməsi

Sağlam həyat tərzinin təbliği

Ətraf mühitin qorunması

Xüsusi qayğıya ehtiyacı olan gənclərə dəstək

Müraciət üçün son tarix: 22 sentyabr 2025-ci il

Müraciətlər municipaliteti@marneuli.gov.ge ünvanına göndərilməli və ya Marneuli meriyasında qeydiyyatdan keçməlidir.

Doldurulacaq sənədlərə Meriyanın rəsmi saytında https://marneuli.gov.ge/index.php?m=729 baxa bilərsiniz.

📞 Əlaqəli şəxs: Tatia Andiaşvili — 551 34 34 54

Sizə uğurlar arzulayırıq!

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Fransa xəstəxanalarına 2026-cı ilin martına qədər müharibəyə hazır olmaq tapşırıldı 
Öncəki yazı
Sinoptiklər əhaliyə xəbərdarlıq edir