This is a specific ad

Marneuli bələdiyyəsi “Çəhrayı Oktyabr” ayına qoşulub

15

Another advertisement

Gürcü Arzusu – Demokratik Gürcüstanın Marneuli Qadınlar Təşkilatı beynəlxalq “Çəhrayı Oktyabr” ayına qoşulub.

Kampaniya iştirakçıları ,,Yenə də böyüyəcəklər,, abidəsinin ətrafındakı ərazidə performans təşkil ediblər, ovuclarına loqo rəsmi çəkib, ictimaiyyətə xərçəngin bir hökm olmadığını bildiriblər!

Artıq ikinci ildir ki, “Gürcü Arzusu”-nun Qadınlar Təşkilatının təşəbbüsü ilə, “Çəhrayı Oktyabr” kampaniyası çərçivəsində qadınlar üçün müxtəlif növ tədbirlər keçirilir. Bunlar arasında skrininq proqramı ilə pulsuz mamoqrafik və ginekoloji müayinə də var.

“Çəhrayı Oktyabr” kampaniyası süd vəzi xərçəngi əlamətlərinin erkən aşkarlanması, mütəmadi olaraq özünü yoxlamaq və skrininq müayinələrinin zəruriliyi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədini daşıyır.

Oktyabr süd vəzi (döş) xərçənginə dair şüurluluğun artırılmasının beynəlxalq ayı kimi tanınıb və “Çəhrayı Oktyabr” adlanır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Batumidə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib
Öncəki yazı
Marneulidə yol-nəqliyyat hadisəsi baş verib