Marneuli bələdiyyə məclisinin növbəti iclası keçirilib

112

Amiran Qiorqadzenin rəhbərliyi ilə Marneuli bələdiyyə məclisinin növbəti iclası keçirilib.

Sakrebulonun iclasına başlamazdan əvvəl Quriyada baş vermiş faciə nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müzakirəyə 4 məsələ çıxarılıb və hər bir məsələyə deputatlar müsbət qərar veriblər. Sözü gedən məsələlər Marneuli bələdiyyəsinin büdcəsinə ediləcək dəyişikliklər, vətəndaşlara sosial istiqamətdə yardım məsələsi, Marneuli şəhərində bazara yaxın ərazidə küçə ticarəti məsələsinin həlli və Marneulili idmançının-qol güləşi üzrə dünya çempionu olan Tamaz Bocoidzenin və onun şəxsi məşqçisi olan Şermadin Bocoidzenin pul mükafatı ilə həvəsləndirilməsidir.

2023-cü il 12 sentyabr iclasında Sakrebulo sədrinin birinci müavini Tariel Mamedov, müavinlər Riçard Qiqani və Rövşən İskəndərov, Sakrebulonun və Meriyanın struktur bölmələrinin rəhbər şəxsləri, aparatın əməkdaşları və mediya nümayəndələri iştirak edirdilər.

Kateqoriya: Gündəm
Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტის საკრებულომ ამირან გიორგაძის ხელმძღვანელობით მორიგი სხდომა გამართა
Öncəki yazı
50-მდე პატიმრის თვითდაზიანების მიზეზი რა არის? – პენიტენციური სამსახური გავრცელებულ ინფორმაციას უარყოფს