This is a specific ad

Marneuli bələdiyyəsinin ortamüddətli inkişaf sənədinin təqdimatı keçirilib

55

Another advertisement

Marneuli Munisipalitetinin ortamüddətli inkişaf sənədi (2024-2027)Marneuli meri, Kənan Ömərovun təşəbbüsü ilə, Meriyanın konfrans zalında bələdiyyəsinin ortamüddətli inkişaf sənədinin təqdimatı keçirilib.

Qeyd edək ki, sənəd Munisipalitetinin ortamüddətli sosial-iqtisadi inkişafının əsas planını əks etdirir və bu planda baxış, məqsədlər, məsələlər və onları həyata keçirmək üçün konkret mexanizmlər müəyyən edilir.

Merin sərəncamı ilə yaradılmış işçi qrupu, mülki və özəl sektorun planlaşdırma prosesinə yüksək səviyyədə cəlb olunmasını təmin edib.Müzakirə rejimində davam edən təqdimatda özünüidarəetmənin rəhbərləri, işçi qrupunun üzvləri, Marneuli Munisipaliteti Sakrebulosunun Aparatının, Əmlakın idarə edilməsi və təbii sərvətlər komissiyasının, eləcə də Ərazi planlaşdırma və infrastruktur Komissiyasının üzvləri iştirak ediblər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ukraynada daha bir gürcü döyüşçü həlak olub
Öncəki yazı
Türkiyəli nazir: “Azərbaycanla mədəniyyət sahəsində əlaqələri inkişaf etdirəcəyik”