This is a specific ad

Marneuli bələdiyyəsinin nümayəndə heyəti Qazaxıstanda Ocaqverdiyevlərin istehsalat müəssisəsinə baş çəkiblər

46

Another advertisement

Marneuli Munisipalitetinin nümayəndə heyəti Qazaxıstan Respublikasında rəsmi səfərdə olub.

Qeyd edək ki, nümayəndə heyəti Kostanay vilayətinin Naurzum rayonunda Marneuli Munisipalitetinin Alget kəndindən mühacir (emiqrant) olan Məmməd Ocaqverdiyevin 30 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirdə iştirak edib. Tədbirdə müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlarla yanaşı, Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin direktoru general-mayor Koba Kobaladze də iştirak edib.

Qazaxıstanda, kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Məmməd Ocaqverdiyev yüksək ixtisaslı mütəxəssis kimi bir sıra dövlət mükafatlarına layiq görülüb. O, həmçinin “Qiqant” kolxozunun yaradıcılarından biri olub. Oğulları atalarının işini davam etdirirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ocaqverdiyevlərin istehsalat müəssisəsində – Qazaxıstanın ən böyük biznes korporasiyalarından biri olan və məhsulları bütün dünyaya yayılan “ATAMEKEN DOS”-da olublar.

Kateqoriya: Gündəm
Sonrakı yazı
წამლების ჩამონათვალი, რომელზეც რეფერენტული ფასი მოქმედებს, გაიზარდა
Öncəki yazı
მარნეულის თვითმმართველობის დელეგაციის წევრებმა ყაზახეთში მოინახულეს ოჯახვერდიევების საწარმო “ATAMEKEN DOS”