This is a specific ad

Marneuli Bələdiyyəsinin Meriyasının “Gənclər Şurası” növbəti iclasını keçirib.

173

Another advertisement
Marneuli Bələdiyyəsinin Meriyasının “Gənclər Şurası” növbəti iclasını keçirib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin meriyası məlumat yayıb.
İclasda, Marneuli Bələdiyyəsi merinin müavini Temur Şubitidze, səhiyyə, sosial təminat, mədəniyyət və idman xidmətinin rəhbəri Nino Dekanoidze və meriyanın nümayəndələri iştirak ediblər. Onlar, şura üzvlərinə uğurlar arzulayıb, rəmzi hədiyyələr təqdim ediblər. Gənclər, şuranın gələcək planlarından danışıblar.
Xatırladırıq ki, “Gənclər Şurası”-nın yeni tərkibi 2 il müddətinə seçilib və Marneuli Bələdiyyəsi ərazisində yaşayan 16-29 yaş arası 26 gəncdən ibarətdir.
Şuranın əsas funksiyaları – gənclər siyasətinin hazırlanması, monitorinqi, qiymətləndirilməsi; Bələdiyyənin büdcə planlaşdırılması prosesində iştirakı; Planlaşdırılan tədbirlər və fəaliyyətlər haqqında gənclərin məlumatlandırılması; Gənclərin sosial, ekoloji vəziyyət və insan hüquqları haqqında məlumatlılığının artırılmasıdır.
Kateqoriya: Marneuli
Sonrakı yazı
Qara dəniz bölgəsinin inciləri – Giresun və Ordu
Öncəki yazı
Hökumət Gürcüstanın Azərbaycandakı səfirini vəzifəsindən azad edib