• 23 Fevral 2025 03:07

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Marneuli Bələdiyyəsinin meri ərazi vahidlərində mer nümayəndələri ilə işgüzar görüş keçirib

ByNiyazi Yusubov

Yan 30, 2025
Another advertisement

Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov Kəndlərə Dəstək Proqramı ilə bağlı inzibati ərazi vahidlərində mer nümayəndələri ilə işgüzar görüş keçirib.

İclasda mer ilkin hazırlıq işlərinə və tədbirlər planına diqqət çəkib. Söhbətdə layihənin uğurla həyata keçirilməsi üçün vacib detallara da toxunulub.

Marneuli Bələdiyyəsində kənd məclisləri 2025-ci il fevralın 10-da başlayacaq və burada əhali maliyyələşdiriləcək layihələri müəyyənləşdirəcək.

2025-ci ildə Kəndlərə Dəstək Proqramından Marneuliyə 1.232.000 lari ayrılıb.

İşçi görüşdə şəhər merinin birinci müavini Roin Dekanoidze və İnzibati xidmətin rəhbəri Mamuka Şubitidze iştirak ediblər.