Marneuli Bələdiyyəsində müxtəlif infrastruktur layihələri fəal şəkildə həyata keçirilir. Məktəb infrastrukturunun inkişafı 2023-2025-ci illər üçün nəzərdə tutulub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin Meriyası məlumat yayıb.
Meriyanın məlumatına görə, müasir standartlarla təchiz olunmuş 5 yeni məktəb tikiləcək.
“Hazırkı mərhələdə 3 məktəbin tikintisi uğurla davam etdirilir, yaxın vaxtlarda 2 məktəbin layihələndirilməsinə başlanacaq.
Məktəblərin tikintisi aşağıdakı kəndlərdə planlaşdırılır:
İmir N1 dövlət məktəbi – ümumi büdcə: 3 348 588 lari;
Ağməmmədli dövlət məktəbi – ümumi büdcə: 12,381,739 lari;
Böyük Bəylər dövlət məktəbi – ümumi büdcə: 4,311,503 lari;
Ağkörpü dövlət məktəbi – ümumi büdcə: 4 387 487 lari;
Alget dövlət məktəbi – ümumi büdcə: 14,953,454 lari.
Layihələr tam dövlət büdcəsi hesabına maliyyələşdiriləcək”, – məlumatda deyilir.