• 01 Dekabr 2023 18:09

Marneuli bələdiyyəsi NATO ilə Gürcüstan arasında əlaqə səfirliklərinin nümayəndələrini qəbul edib

Avatar photo

BySalo Salahlı

May 15, 2023

Görüşdə tərəflər, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Marneuli İctimai Kitabxanasının qarşısındakı parkda, Böyük Britaniya və Rumıniyanın keçirdiyi – “Səyyar Səfirlik” tədbirində nümayəndə heyəti, Munisipalitet rəhbərləri ilə birlikdə iştirak ediblər. Burada iki səfirliyin diplomatları yerli ictimaiyyətlə görüşmək imkanı əldə ediblər. NATO ilə Gürcüstan arasında sıx əməkdaşlıq haqqında məlumat veriblər.

Qeyd edək ki, bu il sözügedən ölkələr iki il müddətinə NATO ilə Gürcüstan arasında əlaqə səfirlikləri seçiliblər.

Əlaqə səfirlikləri şəbəkəsi 90-cı illərin əvvəllərində NATO alyansı ilə üçüncü ölkələr arasında qarşılıqlı əməkdaşlığın qurulması məqsədilə, NATO ilə tərəfdaş ölkələr arasında əməkdaşlığa dəstək forması kimi yaradılmışdır.

44560cookie-checkMarneuli bələdiyyəsi NATO ilə Gürcüstan arasında əlaqə səfirliklərinin nümayəndələrini qəbul edib