Marneuli Bələdiyyə Məclisində yeni komissiya sədrləri müəyyənləşib – ƏTRAFLI

132

Marneuli Bələdiyyə Məclisində yeni komissiya sədrləri müəyyənləşib.

Marneuli Bələdiyyə Məclisində beş komissiya fəaliyyət göstərəcək və onların hamısına “Gürcü Arzusu” partiyasının üzvləri rəhbərlik edəcəklər. Komissiya sədrlərinin seçimi 30 oktyabrda keçirilən yeni çağırışın ilk iclasında baş tutub.

Məclisdə aşağıdakı şəxslər komissiya sədri seçiliblər:
– Maliyyə və Büdcə Komissiyasına Teona Farciani;
– Bələdiyyə Əmlakının İdarə Edilməsi və Təbii Resurslar Komissiyasına Givi Giorgadze;
– Sosial Məsələlər Komissiyasına Zurab Çoniaşvili;
– Məkan-planlaşdırma və İnfrastruktur Komissiyasına Adil Əliyev;
– Mandat, Prosedur və Etika Komissiyasına Elşən Həsənov.

Qeyd edək ki, iclasda “Lelo” partiyasından olan yeganə müxalifət nümayəndəsi Aqil Mustafayev iştirak etməyib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu gündən etibarən Gürcüstan vətəndaşları yenilənmiş dizaynlı şəxsiyyət vəsiqələrini əldə edə biləcəklər – ƏTRAFLI
Öncəki yazı
Diqqət! 3 noyabr torpaq sahəsinə malik fiziki şəxslər üçün əmlak bəyannaməsinin son təqdimetmə tarixidir- ƏTRAFLI