Marneuli Bələdiyyə Məclisində 10 vakansiya elan edilib – ƏTRAFLI

3

Marneuli Bələdiyyə Məclisində 10 vakansiya elan edilib

QafqazTürk “Radio Marneuliyə” istinadən xəbər verir ki, vakansiyalarda minimum əməkhaqqı 1936 lari, maksimum əməkhaqqı isə 2783 lari müəyyən edilib.

Qapalı müsabiqə vakansiyaları:

  • Bələdiyyə Məclisi Aparatının Təşkilat Şöbəsi – Birinci kateqoriyalı baş mütəxəssis, 2 vakant yer, əməkhaqqı 2057 lari.
  • Bələdiyyə Məclisi Aparatının Təşkilat Şöbəsi – İkinci kateqoriyalı baş mütəxəssis, 1 vakant yer, əməkhaqqı 1936 lari.
  • Bələdiyyə Məclisi Aparatının Gender Məsələləri və QHT sektoru ilə Əlaqələr Şöbəsi – İkinci kateqoriyalı baş mütəxəssis, 2 vakant yer, əməkhaqqı 1936 lari
  • Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki və Kompüter Təminat Şöbəsi – Baş mütəxəssis, 1 vakant yer, əməkhaqqı 1936 lari.
  • Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki və Kompüter Təminat Şöbəsi – İkinci kateqoriyalı baş mütəxəssis, 1 vakant yer, əməkhaqqı 1936 lari.

Açıq müsabiqə vakansiyaları:

  • Bələdiyyə Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi – rəhbər, 1 vakant yer, əməkhaqqı 2783 lari.
  • Bələdiyyə Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi – Birinci kateqoriyalı baş mütəxəssis, 2 vakant yer, əməkhaqqı 2057 lari.

Müsabiqə üç mərhələdən ibarətdir:

  • Müraciətlərin seçimi
  • Şifahi tapşırıq
  • Müsahibə

Elan olunmuş vakansiyalar haqqında ətraflı məlumat almaq üçün linkə daxil olun: https://www.hr.gov.ge/

0
0
Sonrakı yazı
მარნეულის საკრებულომ გამოაცხადა 10 ვაკანსია – ვრცლად
Öncəki yazı
ევროკომისარმა ოლივერ ვარჰეიმ საქართველოსთან დაკავშირებით ზეპირი ანგარიში წარადგინა – ვრცლად