This is a specific ad

Marneuli 8 saylı ictimai məktəbinin şagirdləri üçün “Son zəng” çalındı

94

Another advertisement

Marneuli 8 saylı ictimai məktəbinin şagirdləri üçün “Son zəng” çalındı .

Məzunlar Marneuli mərkəzi parkına toplaşıb, bir-birindən maraqlı və rəngarəng rəqs nümunələri təqdim etdilər.

“Son zəng” tədbirində Gürcüstan parlamentinin üzvü, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Marneuli Munisipalitetinin Sakrebulo sədrinin birinci müavini Tariel Mamedov, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən müəllimlər təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edən Gürcüstan parlamentinin üzvü, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb.

“Əziz gənclər, məzun olmanız münasibətilə sizləri ürəkdən təbrik edirəm! Arzu edirəm ki, tezliklə hər biriniz üçün sizə uğur, sevinc və xoşbəxtlik gətirəcək həyatın yeni, son dərəcə maraqlı mərhələsi başlasın. İnanıram ki, düzgün addımlarla, qarşıya qoyulan məqsədlərlə ölkəmiz üçün xeyirli işlər görə biləcəksiniz. Həyatınızda sizə çətinliklərlə mübarizə edə biləcəyiniz, müstəqil yaşamaq bacarığı qazandıracaq və güc verecek yeni mərhələsi artık başlayıb”- deyə Gürcüstan parlamentinin üzvü Zaur Darğallı qeyd edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Rəsmi: Rusiya və Belarus Avropa Oyunlarında iştirak etməyəcəklər – DETALLAR
Öncəki yazı
İrakli Ğaribaşvili Azərbaycanın elm və təhsil naziri Emin Əmrulayevlə görüşüb – ƏTRAFLI