Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Onların sözlərinə görə, tərəflər Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq səylərini müzakirə ediblər.
Bundan əlavə, görüşdə Hakan Fidan Qəzza zolağında daimi atəşkəsin yaradılmasının vacibliyini və bu məsələnin regional sülh üçün vacib olduğunu vurğulayıb.
Tərəflər, həmçinin dövlət başçıları səviyyəsində gələcək səfərlər üzərində işləməyi müzakirə ediblər.
like1