Marin Le Pen: Hakim siyasi qərar verdi, mən günahkar deyiləm

32

Fransanın ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen  hakimin siyasi qərar siyasi qərar verdiyini bildirib.

Marin Le Pen deyir ki, hakim onun 2027-ci il Fransa prezident seçkilərində iştirakını “qəsdən əngəlləyib”, milyonlarla insanı sevimli namizədinə səs vermək hüququndan məhrum edib.

O, apellyasiya prosesinin sürətləndirilməsini tələb etdiyini və sona qədər mübarizə aparacağını bildirib.

“Mənim günahım yoxdur. Mən ruhdan düşmürəm və qərardan qəzəblənirəm”, – Marin Le Pen deyib.

Xatırladaq ki, Paris məhkəməsi Fransanın ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Peni və Avropa Parlamentinin səkkiz üzvünü Aİ vəsaitlərini mənimsəməkdə təqsirli bilib. Məhkəmənin qərarına əsasən, Le Pen 5 il müddətinə dövlət vəzifəsində işləmək hüququndan və 4 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 100 min avro məbləğində cərimələnib. Marin Le Penin vəkili məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Tbilisi polis idarəsinin əməkdaşları külli miqdarda narkotik maddə müsadirə ediblər
Öncəki yazı
Marneulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib