Maraqlı hadisə: Spirtli içki kişinin həyatını xilas etdi

97

Xorvatiyada qeyri-adi hadisə baş verib. Belə ki, ilan spirtli içki qəbul etmiş kişini sancıb. Bundan sonra gürzə spirtin təsirindən ölüb.

Sərxoş kişi hava almaq məqsədilə gəzintiyə çıxıb. Onun sözlərinə görə, təsadüfən gürzəyə çox yaxınlaşdığı üçün ilan özünü qorumaq məqsədilə ayağından sancıb.
“Birdən kəskin ağrı hiss etdim və bunun ilan sancması olduğunu anladım. Həkimə qaçmaq istəyirdim ki, gördüm ilan qəribə hərəkət edir – gözləri yarı bağlı şəkildə yerində çırpınır”.
Yaralı kişi ilanı baytar məntəqəsinə aparmaq istəyərkən, gürzə yolda ölüb. Baytar müayinəsi nəticəsində ilan qanındakı spirt miqdarının 5,1 qram/kq olduğu müəyyən edilib.
Maraqlısı budur ki, ilan zəhəri kişiyə təsir etməyib. Həkimlərin fikrincə, onun qanındakı alkoqol toksini neytrallaşdırıb və bu, kişini ölümdən xilas edib.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qızını döyərək zorla evləndirmək istəyən ata saxlanılıb
Öncəki yazı
Sadaxlı-Kirovka yolunda qəza baş verib