Fransada oğrular oğurlanmış kredit kartı ilə alınan lotereya biletindən 500 min avro udublar. Kredit kartı oğrularının şanslı lotereya bileti almaq üçün istifadə etdiyi adam uduşunu oğrularla bölüşməyi təklif edir. O bildirib ki, mükafat artıq polis tərəfindən müsadirə ediləcəyi üçün oğrular onunla əlaqə saxlayıb pulu bərabər bölsələr, daha yaxşı olar. Oğrular siqaret və lotereya biletləri də daxil olmaqla oğurlanmış kredit kartına ümumilikdə 52,50 avro xərcləyiblər. Daha sonra mağazanın satıcısı polisə bildirib ki, aldıqları biletlərdən biri yarım milyon avro qazanıb.
-