MAQATE rəhbəri ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsinə münasibət bildirib

85

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra baş verənlər barədə BMT Təhlükəsizlik Şurasına məlumat verib.

“İranın uranı 60%-ə qədər zənginləşdirməsi üçün əsas yer olan Fordo obyektində kraterlər görünür ki, bu da ABŞ-ın yerdən nüfuz edən sursatlardan istifadə etdiyini göstərir. Bu, Birləşmiş Ştatların verdiyi bəyanatlara uyğundur” deyən Qrossi, hazırda heç kəsin, o cümlədən MAQATE-nin zərərləri qiymətləndirə bilməyəcəyini deyib.

İsfahana gəldikdə, o, ABŞ-ın qanadlı raketlərdən istifadə etdiyini təsdiqləməsi ilə bir gecədə əlavə binalara ziyan dəydiyini söyləyib. “Zərər çəkmiş binalar arasında uranın emalı prosesi ilə bağlı bəzi binalar da var” deyən Qrossi , zənginləşdirilmiş materialın saxlanması üçün istifadə edilən tunellərin girişlərinin zədələndiyinin göründüyünü bildirib.

Natanzda, Qross bildirib  ki, yanacaq zavodu yenidən zədələnib və ABŞ yerdən nüfuz edən sursatlardan istifadə etdiyini təsdiqləyib”.

Onun sözlərinə görə, İran bu üç məntəqədə radiasiya səviyyəsinin artması barədə məlumat verməyib.

Qrossi əlavə edib ki, o, agentliyin idarəçilər şurasının bazar ertəsi Vyanada xüsusi iclasını çağırıb.

 

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
İsrail İranın hərbi infrastrukturuna hücum edib
Öncəki yazı
Benyamin Netanyahu: İsrail İranda öz məqsədlərinə çatmağa çox yaxındır