This is a specific ad

“Mançester Yunayted”in yeni sahibi məlum olub

14

Another advertisement

İngiltərənin “Mançester Yunayted” klubunun yeni sahibi Qətər şeyxi Jassim olub.

Şeyx Jassim “qırmızı şeytanlar”ın satın alınması uğrunda mübarizədə qalib olub. Oktyabrın ortalarına qədər klubun altı milyard funt sterlinq dəyərində alınması tamamlanacaq.

Qətərin kral ailəsinin üzvü Qleyzer ailəsinin klubdakı payını saxlamağa razı olan britaniyalı milyarder Cim Retklifi qabaqlayıb.

Qleyzerlər “Mançester Yunayted”də səhm paylarını saxlamaq niyyətində olublar, lakin iş adamlarına bunun azarkeşlərin etirazına səbəb olacağı barədə xəbərdarlıq edilib.

Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funt sterlinqə satın alıb.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə iki oyun keçirib, birində qələbə qazanıb, digərində məğlub olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
diabetli uşaqlar üçün CGM sistemləri və onlardan istifadə etmək üçün mobil telefonlar təqdim edilib
Öncəki yazı
Avtomobil ticarətçilərinin NƏZƏRİNƏ! – YENİLİK VAR