“Mən Avropa Komissiyasını maliyyəni dondurmaqla, viza rejimini tətbiq etməklə və beynəlxalq səviyyədə bu rejimin nümayəndələrinin ətrafında “sanitariya zonası” yaratmaqla Gürcüstanın hazırkı hökumətini tamamilə təcrid etməyə çağırıram”.
QafqazTürk Media xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Malqojata Qoşevska Avropa Parlamentinin plenar iclasında bildirib.
Onun sözlərinə görə, “nəticə çıxarmağın vaxtı çatıb”.
“Tarix bizə diktatorların demokratik seçkilər yolu ilə hakimiyyətə gəlməyə çalışdıqlarını öyrədir, lakin bu hakimiyyətdən heç vaxt əl çəkmək istəmirlərsə, nəinki öz millətləri, həm də beynəlxalq ictimaiyyət üçün təhlükəyə çevrilirlər.
2012-ci ildə prezident Saakaşvili artıq ona məxsus olmayan hakimiyyəti verməyə razılaşdı. Lakin 2016-cı ildən, xüsusən də 2020-ci il seçkilərindən sonra Gürcüstan avtoritar rejimlərin yolu ilə getdi və çox təəssüf ki, Rusiyaya sərmayə qoyub pul qazanan insanlar indi hakimiyyətdədirlər.
Bu gün Gürcüstanda müəyyən dairələrlə oxşar cinayət əlaqəsi olanlar hakimiyyətdədir. Nəticə çıxarmağın vaxtıdır. Ona görə də mən sizi, Avropa komissarı, Avropadan maliyyələşməni dondurmaqla, viza rejimi tətbiq etməklə və beynəlxalq səviyyədə bu rejimin nümayəndələrinin ətrafında “sanitariya zonası” yaratmaqla Gürcüstanın hazırkı hökumətini tamamilə təcrid etməyə çağırıram”,- Qoşevska bildirib.