This is a specific ad

Maliyyə naziri Laşa Xuçişvili Çin Xalq Respublikasının maliyyə naziri ilə görüşüb

249

Another advertisement

Maliyyə naziri Laşa Xuçişvili Çin Xalq Respublikasının maliyyə naziri ilə görüşüb.

QafqazTürk Media xəbər verir ki, görüş bu il Özbəkistanın Səmərqənd şəhərinin ev sahibliyi etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) illik toplantısı çərçivəsində keçirilib.

Maliyyə Nazirliyinin verdiyi məlumata görə, iclasda maliyyə nazirinin müavini Yekaterine Quntsadze də iştirak edib. Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

“Laşa Xuçişvili həmkarına Çin hökumətinin Gürcüstana həm maliyyə, həm də texniki yardım baxımından göstərdiyi dəstəyə görə təşəkkür edib.

Görüşdə Gürcüstanın tranzit imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanıb, bunun üçün bir sıra infrastruktur layihələri həyata keçirilir.

Görüşün sonunda tərəflər iki ölkə arasında əməkdaşlığın fəal şəkildə davam edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Ermənistan Azərbaycanla razılaşdırılmış sülh müqaviləsini imzalamağa hazırdır-Nikol Paşinyan
Öncəki yazı
“Güclü Gürcüstan” koalisiyasının seçki partiyası siyahısının tərkibi açıqlanıb