Another advertisement
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
QafqazTürk xəbər verir ki, bu barədə AFAD-ın rəsmi sosial şəbəkə səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Pütürge rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Yerin 8.3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.