This is a specific ad

Mal-qara üçün kəsim haqqı artıb

106

Another advertisement

2023-cü ilin birinci rübündə Gürcüstanda 121 ədəd heyvan və quş kəsimi məntəqəsi fəaliyyət göstərib, onların 18,2 faizi Kvemo Kartli regionunda, 16,5 faizi Kaxeti regionunda, 16,5 faizi İmereti bölgəsində, 14,0 faizi Şida Kartlidə, 11,6 faizi Sameqrelo-Zemo Svanetidə 23,1 faizi isə digər bölgələrdə yerləşir.

“Sakstat”-ın araşdırmalarının nəticələrinə görə, 2023-cü ilin birinci rübündə kəsim məntəqələrində 98,3 min baş mal-qara kəsilib ki, bunun da 42,2 faizini iribuynuzlu, 49,6 faizini donuzlar, 7,3 faizini isə qoyun və keçilər təşkil edib.

Bundan əlavə, hesabat dövründə 12,9 min nəfərə xidmət göstərilib. kəsimi məntəqələrində işçilərin orta aylıq sayı 1116 nəfər olub.

Bir mal-qara kəsimi xidmətinin orta qiyməti: iribuynuzlu heyvanların kəsimi haqqı – 33,8 lari, qoyun və ya keçi kəsimi haqqı – 13,8 lari, donuz kəsimi haqqı – 28,9 laridir.

Əvvəlki qiymətlərə gəlincə, ötən ilin eyni hesabat dövründə iribuynuzlu heyvanların kəsimi üzrə xidmətin orta qiyməti: iribuynuzlu heyvanların kəsimi haqqı – 31,0 lari, qoyun və ya keçilərin kəsimi haqqı – 13,2 lari, donuz kəsimi haqqı – 26,5 lari olub.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Xaricdə yaşayan Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turunda səs verib
Öncəki yazı
Qardabani, Bolnisi və Dmanisi gəncləri üçün Rustavi Beynəlxalq Skaut Mərkəzində iki günlük görüş keçirildi