This is a specific ad

Makronun iş yerinə içərisində kəsilmiş insan barmağı olan zərf göndərilib

9

Another advertisement

Fransanın paytaxtında yerləşən Yelisey Sarayına zərfin içində kəsilmiş insan barmağı göndərilib.

QafqazTürk.com xəbər verir ki, məlumat Fransa mətbuatında dərc olunub.

Qeyd olunur ki, zərf saraya iyulun 9-10-da daxil olub.

Ehtimal olunur ki, epataj xarakterli məktub ənənəvi olaraq Fransada iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ilə əlaqədar göndərilib.

Barmaq Yelisey Sarayının təhlükəsizliyini təmin edən polislərin yeməklərini saxladıqları soyuducuya yerləşdirilib.

Barmağın aid olduğu şəxsin kimliyi müəyyən edilib.

İnsidentin digər təfərrüatı hələlik məlum deyil.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda zəlzələ baş verib
Öncəki yazı
Milli Məclis “İnzibati Xətalar Məcəlləsi”nə dəyişiklik edilib