Fransa Prezidenti Emmanuel Makron hökumətdə dəyişikliklərlə bağlı iclas keçirəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Agence France Presse” (AFP) məlumat yayıb.
Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin iyulun 20-də baş tutacağı bildirilir.
Bundan əvvəl Fransa liderinin hökumətdə dəyişiklikləri bu həftənin sonuna qədər elan edəcəyi deyilirdi. Məlumata görə, Makronun dəyişikliyi Baş nazir Elizabet Borna təsir etməyəcək və öz vəzifəsini qoruyacaq.
Qeyd edək ki, aprelin 17-də Fransa Prezident Emmanuel Makronun etirazlar və pensiya yaşını yüksəltmək üzrə qeyri-populyar planları fonunda özünə verdiyi 100 gün başa çatmaq üzrədir. Ölkədə aparılan ictimai rəy sorğuları göstərir ki, Fransa dövlət və hökumət orqanlarında yaxın vaxtlarda dəyişikliklərin olacağı qaçılmazdır.