Maia Sandu prezident andı içib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.
Maia Sandu rəsmi olaraq ikinci müddətə Moldova prezidenti vəzifəsini icra etməyə başlayıb.
Maia Sandu and içdikdən sonra çıxışında bildirib ki, son illərdəki böhranlara və Rusiyanın Ukraynadakı işğalına baxmayaraq, Moldova sülhü və demokratiyanı qoruyub saxlaya bilib.
“Birinci mandat zamanı mən fədakarlıqla çalışdım və onu daha da ruh və enerji ilə davam etdirəcəyəm. Dörd ildən sonra deyə bilərəm ki, 30 illik müstəqillik dövründə görülməmiş işləri birlikdə edə bildik. Bizim Moldovanın nəyi ifadə etdiyini unutmayın – irs, nikbinlik, mübarizə, inkişaf, təşkilatçılıq, iradə və ambisiya”, – deyə Maya Sandu bildirib.
Məlumat üçün bildirək ki, noyabrın 3-də Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Maia Sandu 55,33 faiz səs toplayıb.