Another advertisement
Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün bir hissəsi uçub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
İlkin məlumatlara əsasən, xilasedicilər çaya düşmüş beş avtomobil aşkar ediblər. Hadisə nəticəsində 11 nəfər ölüb, 20-yə yaxın avtomobil və 30-dan çox insan itkin düşüb..
Yerli hakimiyyət orqanlarının məlumatına görə, körpünün uçmasına səbəb leysan yağışlar və daşqınlar olub.