This is a specific ad

Mağalaşvili körpüsündə bərpa işləri dəvam edir

44

Another advertisement

Günlərdir hərkəsin marağına səbəb olan Mağalaşvili adına körpüdə həyata keçirilən işlərlə bağlı Marneuli şəhəri üzrə majoritar deputat Vasil Xaxulaşvili rəsmi açıqlama verib.Deputatın sözlərinə görə, tezliklə Marneuli sakinləri müasir standartlara cavab verən təhlükəsiz körpüyə sahib olacaqlar.

“Mağalaşvili körpüsünün bərpası ilə bağlı sosial şəbəkələrdə rəyləri oxuduq və tənqidləri dinlədik. Onlar körpünün yaxşı vəziyyətdə olduğunu və bərpaya ehtiyac olmadığını deyirlər.Mən sizinlə razıyam, körpümuz həqiqətən gözəl idi , ancaq indi dahada da gözəl olacaq. Mağalaşvili körpüsünə yağıntılar zamanı suyun sızması təhlükəsi yarandığından, körpünün dayaqlarına ziyan vurduğuna görə, biz bərpa etmək qərarına gəldik. Körpü tamamilə qaydaya salınır. Qeyd edim ki, əsas işlər artıq başa çatıb , indi isə asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Beleki, Marneulilərin daha təhlükəsiz körpüləri olacaq”-deyə deputat bildirib

Qeyd edək ki, lahiyə çərçivəsində yeni asfalt örtüyü salınacaq. Artıq sökülən işıqlandırma dirəkləri və səkilər yeniləcək. Körpünün altındakı infrastruktur qaydaya salınacaq, yol genişləndiriləcək və 4 metr yarım olacaq, yolun bir tərəfindən piyadalar üçün səki düzəldiləcək. Təmir-bərpa işlərinin həyata keçirilməsi üçün layihənin ümumi dəyəri 1 878 333 lari təşkil edir. Vəsaitin 95%-i dövlət, 5% isə yerli büdcədən maliyyələşdirilir.

Salamlayıram sizi.mən Mağalaşvili körpüsü ilə bağlı açıqlama vermək istəyirəm. Mağalaşvili körpüsünün bərpası ilə bağlı sosial şəbəkələrdə bir çox rəy oxuduq və tənqidləri dinlədik. Onlar körpünün yaxşı vəziyyətdə olduğunu və bərpaya ehtiyac olmadığını deyirlər.Mən sizinlə razıyam, biz körpümuz həqiqətən gözəl idi , ancaq indi dahada da gözəl olacaq. Mağalaşvili körpüsünə yağıntılar zamanı suyun sızması təhlükəsi yarandığından, körpünün dayaqlarına ziyan vurduğuna görə, biz bərpa etmək qərarına gəldik.Korpu tamamilə qaydaya salınır .qeyd edimki əsas işlər artıq başa çatıb , indi isə asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.beleki Marneulilərin daha təhlükəsiz korpuləri olacaq.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Blinkenin Fidanı qucaqlamaq cəhdi uğursuz oldu
Öncəki yazı
Gürcüstanda yeni dəniz limanı tikiləcək