This is a specific ad

Macarıstanın nümayəndə heyətinin Gürcüstana səfər etməsi Avropa İttifaqında birmənalı qarşılanmayıb

251

Another advertisement

Macarıstanın nümayəndə heyətinin Gürcüstana səfər etməsi Avropa İttifaqında birmənalı qarşılanmayıb.

QafqazTürk Media xəbər verir ki, Gürcüstanda baş tutan Parlament seçkisindən sonra Macarıstanın nümayəndə heyətinin Gürcüstana səfər etməsi ciddi narazılığa səbəb olub.

Belə ki, Avropa Parlamentinin üzvü Tis Roiten Avropa İttifaqının 26 ölkəsinə müraciət edərək Viktor Orbanı geri çəkməyə çağırır.

“Qalan 26 üzv dövlət və Avropa Komissiyası Gürcüstanda “beynəlxalq demokratik standartlara ümumiyyətlə uyğun gəlməyən” seçkilər haqqında dünən və bu gün gördüklərimizdən və eşitdiklərimizdən sonra Viktor Orbanı geri çəkməlidir. Orbanın bu seçkiləri legitimləşdirməsi Avropa İttifaqının özünü sarsıdır”, – Avropa Parlamentinin üzvü Tis Roiten bu sosial şəbəkədə yazır.

 

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
29 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Aleksandr Duqin: “Gürcü Arzusu Gürcüstanı BRİKS-ə daxil etməlidir”