Macarıstanın baş naziri Viktor Orban Gürcüstana rəsmi səfər edib

1

Macarıstanın baş naziri Viktor Orban Gürcüstana rəsmi səfər edib.O,xanımı Aniko Levais ilə Tbilisiyə gəlib.

QafqazTürk.com xəbər verir ki,bu barədə hökümət administrasiyası məlumat yayıb.

Macarıstanın baş nazirini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili, Gürcüstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tamar Liluaşvili və Macarıstanın Gürcüstandakı səfiri Anna Mariya Şiko qarşılayıb.

Viktor Orban nümayəndə heyəti ilə Gürcüstana səfər edib.

Səfər çərçivəsində Viktor Orbani və İrakli Qaribaşvili arasında təkbətək görüş planlaşdırılır. Gürcüstan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək, bundan sonra memorandumun imzalanması mərasimi baş tutacaq.

Gürcüstan və Macarıstanın baş nazirləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

                         

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Sentyabr ayı ərzində külli miqdarda rüsumsuz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 20 fakt müəyyən edilib
Öncəki yazı
Hakan Fidan Şuşada Şimali Kiprlə bağlı çağırış edib