This is a specific ad

Macarıstanın baş naziri, Avropa İttifaqı Şurasının sədri nümayəndə heyəti ilə birgə Gürcüstana səfər edəcək

299

Another advertisement

Oktyabrın 28-29-da Macarıstanın baş naziri, Avropa İttifaqı Şurasının sədri Viktor Orban Gürcüstanda rəsmi səfərdə olacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

Məlumata görə, oktyabrın 29-da Gürcüstan hökumətinin administrasiyasında baş nazir Orbaninin rəsmi qarşılanma mərasimi keçiriləcək.

“Gürcüstanın baş naziri İrakli Kobaxidze macar həmkarını qəbul edəcək.

Üzbəüz və geniş tərkibdə görüşlər keçiriləcək, bundan sonra İrakli Kobaxidze və Viktor Orbani mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

Macarıstanın Baş naziri Macarıstanın xarici işlər və ticarət naziri Peter Sijarto, Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadi, Macarıstanın maliyyə naziri Mixay Varqa və dövlət katibi İanoş Mate və digər rəsmi şəxslərin də daxil olduğu nümayəndə heyəti ilə Gürcüstana səfər edəcək”, – məlumatda deyilir.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Almaniya XİN Gürcüstandaki seçkilərlə bağlı bəyanat yayır
Öncəki yazı
“Dəyişiklik Koalisiyası” parlament siyahısında ilk iyirmilik mandatından imtina edir