Another advertisement
Macarıstanda Nizami Gəncəvinin büstünün açılış mərasimi olacaq.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər edəcək.
Milli Məclisin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli səfər çərçivəsində bu ölkənin Lakitelek şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimində iştirak edəcək, o cümlədən Macarıstan parlamentində ikitərəfli görüşlər keçirəcək.