Macarıstan baş nazirindən iddia! Ukrayna üç zona üzrə bölünəcək

46

“Bu gün avropalılar təhlükəsizlik zəmanətləri haqqında ‘elegant’ şəkildə danışırlar, lakin əslində bu zəmanətlər Ukraynanın bölünməsi deməkdir… Ukraynanın bölünməsi nəticəsində Rusiya zonası, demilitarizasiya olunmuş zona və nəhayət, qərb zonası yaranacaq. Sonuncunun sərhədləri və statusu barədə hələ dəqiq bir şey deyə bilmərik. Amma görürük ki, Ukrayna artıq üç zonadan ibarət əraziyə çevrilir” – Macarıstanın baş naziri Ketçə şəhərində siyasi mövsümün açılışı münasibətilə çıxışında belə deyib.

Onun sözlərinə görə, Qərb de-fakto artıq “Rusiya zonasının mövcudluğunu tanıyıb”.

“Müzakirə yalnız ondan ibarətdir ki, bu zona iki, dörd, beş yoxsa altı vilayətdən ibarət olacaq. Lakin onun ümumiyyətlə olmayacağı artıq müzakirə olunmur. Rusiya zonası artıq yaradılıb. O, Ukrayna ərazisinin təxminən 20 faizini əhatə edir. Bu, artıq keçmişdə qalıb və bu haqda mübahisə aparılmır. Hazırda müzakirə edilən məsələ ondan ibarətdir ki, Rusiya zonasının sərhəd

Kateqoriya: Siyasət
Sonrakı yazı
Dövlət qulluqçularının maaşları artırılacaq
Öncəki yazı
İzmirdə polis bölməsinə hücum: 2 ölü, 6 yaralı