Another advertisement
Macarıstan altı ay müddətinə Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi öz üzərinə götürüb.
QafqazTürk.com xarici KİV-lərə istinadən xəbər verir.
Ölkə rəhbərliyi öz qarşısına Aİ-nin rəqabət qabiliyyətini artırmaq vəzifəsini qoyub.
Macarıstanın Aİ işləri üzrə naziri Yanos Boka ölkəsinin sədrliyi üçün yeddi əsas prioriteti qeyd edib: Aİ-nin rəqabət qabiliyyətinin artırılması, Avropanın müdafiə siyasətinin gücləndirilməsi, Aİ-nin genişləndirilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə, ittifaqın möhkəmlənməsi siyasətinin formalaşdırılması, fermeryönümlü Aİ kənd təsərrüfatı siyasətinin inkişafı və Avropada demoqrafik problemlərinin həlli.
Bokanın fikrincə, bu prioritetlər avropalı seçicilərin iradəsini əks etdirir.