This is a specific ad

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Məhtumqulu Fəraqi: Gürcüstandan baxış” adlı sərginin açılışı baş tutub

137

Another advertisement
İyulun 26-da Türkmənistanın Gürcüstandakı səfirliyinin və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə tədbir baş tutub.
QafqazTürk Media xəbər verir ki, tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilib.
Tədbir çərçivəsində türkmən ədəbiyyatının böyük şairi və mütəfəkkiri Məhtumqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə türkmən rəssamlarının əsərlərindən ibarət “Məhtumqulu Fəraqi: Gürcüstandan baxış” adlı sərginin açılışı baş tutub.Sərgidə 40 a yaxın əsərlər nümayiş olunub.
Tədbirdə Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirləri – Faiq Quliyev, Мәlik Mırzalin, Türkiyə Gürcüstandakı səfirinin müşaviri Kazım Kartal, Tbilisinin Krçanisi bələdiyyəsinin üzvləri, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusufov, azərbaycanlı icmanın üzvləri, gürcü ziyalılar, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
Qeyd edək ki, sərgi avqustun 2-dək davam edəcək.
Sonrakı yazı
Lavrov: “Rusiya təslim olmayacaq”
Öncəki yazı
Google erası başa çatır – OpenAI süni intellekt yeni axtarış sistemi hazırlayır