Another advertisement
Kataloniya təmsilçisinin saytının yaydığı məlumata görə, komanda son olaraq İngiltərə “Mançester Siti”sində çıxış etmiş İlkay Gündoğanın keçidini rəsmiləşdirib. Almaniya millisinin üzvü azad agent kimi “Barsa”ya keçib. QafqazTürk.com xəbər verir ki,tərəflər 2+1 illik müqavilə imzalayıblar. Klub yeni oyunçusunun sərbəstqalma məbləğini 400 milyon avro müəyyənləşdirib.
Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.