This is a specific ad

Mərkəzi Seçki Komissiyasından bəyanət: Seçki dairəsinə yalnız bu şəxslər buraxıla bilər

254

Another advertisement

Müxalifət liderləri və fəallar protokolların yekunlaşdırılması prosesinin getdiyi Vake-Saburtalo seçki dairəsi yaxınlığında toplaşıblar. Onlar binaya daxil olmağı tələb ediblər və nəticədə polislə mübahisə düşüb. MSK süni səs-küyə cavab verib və izah edib ki, qanuna əsasən, seçki dairəsinə yalnız akkreditasiyadan keçmiş şəxslər buraxılacaq.

“Seçki qanunvericiliyinə əsasən, iclasda iştirak etmək hüququ olan şəxslərin siyahısı belədir: akkreditə olunmuş KİV nümayəndələri, qeydiyyatdan keçmiş yerli və beynəlxalq təşkilatların müşahidəçiləri, habelə qurumun nümayəndələri. Müvafiq olaraq, səlahiyyətli şəxslərin Dairə Seçki Komissiyasının iclaslarında iştirakına məhdudiyyət qoyulması ilə bağlı süni şəkildə yaradılan səs-küy, yumşaq desək, yanlış məlumatdır”, – MSK-nın sözçüsü Natia İoseliani bildirib.

Sonrakı yazı
Təcili yardım maşınının sürücüsündən qəhrəmanlıq: 2 qoca kişini yanğından xilas etdi
Öncəki yazı
Sarımsaq idxalında artım müşahidə olunur