This is a specific ad

Mərkəzi Asiya ölkələri Qərbin sanksiyalarına qoşula bilər – Qaluzin

63

Another advertisement

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözlərinə görə, Mərkəzi Asiya ölkələri Qərbin sanksiyalarına qoşula bilər.

QafqazTürk xəbər verir ki, O, bu barədə Valday” Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında deyib.

“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri bununla belə müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər, Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, – nazir müavini qeyd edib.

O, Mərkəzi Asiya ölkələrinin “Rusiya ilə əlaqələrin süni şəkildə məhv edilməsinin bədnam ikinci dərəcəli sanksiyaların xərclərindən daha ağır zərərlə nəticələnə biləcəyini” başa düşdüyünə əmin olduğunu bildirib.

Qeyd edək ki, bu regiona Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan daxildir.

Sonrakı yazı
Alimlər bir anda daha yaxşı eşitməyin yolunu açıqladılar
Öncəki yazı
Baydendən Türkiyə seçkiləri ilə bağlı ilk AÇIQLAMA: “Kim qazanır, qazansın, onsuz da…”