This is a specific ad

Mənzildə bakteriyaların ən çox olduğu yerlər – Mütəxəssislərdən açıqlama

243

Another advertisement

Bakteriyalarla ən çox çirklənmiş məişət əşyaları mətbəxdə olur.

QafqazTürk Media bu barədə mütəxəssislərin araşdırmalarına istinadən xəbər verir.

Araşdırmaya əsasən, ən çirkli əşyalar arasında mətbəx süngərləri və əskiləri, soba, şkaf tutacaqları, su filtrləri və qəhvə maşınları var.

Qeyd olunur ki, süngər və ya əski daim rütubətli şəraitdə saxlanıldığı, mətbəxdəki qablardan və əşyalardan tutmuş, sobaya və masalara qədər bütün səthləri yumaq üçün istifadə edildiyi üçün o öz məsamələrinə görə  özünə çoxlu kir, həmçinin bakteriya toplayır. Bu səbəbdən, süngərlərin mütəmadi dəyişilməsi məsləhət görülür.

Qapı tutacaqları, şkaflar, sobalar, eləcə də keçiricilər və kranlar daim əllərimizlə təmasda olduğundan orada aktiv şəkildə bakteriyalar yığılır. Təmizlik zamanı bu yerləri unutmamaq və xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə etmək lazımdır. Su filtrləri və qəhvə maşınları da bakteriyaların yaşaması üçün münasib yerdir. Soyuducunun daxili hissəsini də unutmamaq lazımdır, çünki orada bir çox məhsullar, o cümlədən xam məhsullar saxlanılır ki, onların suyu süzülə və səthi çirkləndirə bilər və bu da bakteriyalar üçün əla sığınacaq ola bilər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Son bir ildə bu ölkədə milyarderlərin sayı artıb
Öncəki yazı
“WhatsApp”dan növbəti yenilik