• 11 Mart 2025 11:03

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

“Mənim üçün Konstitusiya Məhkəməsi bu gün fəaliyyətini başa vurdu”-Ketevan Eremadze

ByTürkan Şahverdova

Dek 3, 2024
Another advertisement

“Konstitusiya Məhkəməsi özünü ləğv etdiyini elan etdi, mənim üçün Konstitusiya Məhkəməsi bu gün fəaliyyətini başa vurdu”.

QafqazTürk Media xəbər verir ki  bu barədə Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ketevan Eremadze Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı bildirib.

Onun sözlərinə görə, məhkəmənin yeganə düzgün addımı iddiaları təmin etmək və seçkilərin nəticələrini ləğv etmək olub.

“Konstitusiya Məhkəməsi sadəcə olaraq özünü ləğv etdiyini elan etdi. Bu gün Konstitusiya Məhkəməsi sadəcə olaraq fiziki olaraq mövcud deyil. Ölkənin olub-olmadığını məhkəmə qərar verməli idi. Onun hakimiyyəti Konstitusiya çərçivəsinə gətirmək imkanı var idi. Çox təəssüf ki, Konstitusiya Məhkəməsinin hakimləri iddia ərizələrində yazılanları başa düşmədilər. 100 min insanın səsini eşitmədilər və  görmədilər. Onlar bu məsələyə çox ciddi yanaşmalı və  prosesə baxmalı idilər, yeganə düzgün qərar həm iddiaları təmin etmək, həm də seçkinin nəticələrini ləğv etmək idi. Mənim üçün Konstitusiya Məhkəməsi bu gün öz fəaliyyətini başa çatdırıb”, – Ketevan Eremadze bildirib.

Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsi prezidentin və 30 siyasətçinin 26 oktyabr seçkilərinin konstitusiyaya zidd tanınması ilə bağlı iddialarını qəbul etməyib.